İsrailin İstanbuldakı baş konsulu Yosef Levi-Sfari ölkəsinə qayıdır.
"Ahaber” xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi israilli diplomata ölkəsinə dönməyi məsləhət görüb.
Qeyd edək ki, mayın 15-də İsrailin Xarici İşlər Nazirliyi Türkiyənin Qüdsdəki baş konsulundan ölkəni tərk etməyi tələb edib. Daha əvvəl İsrail səfiri Türkiyə XİN-ə çağırılaraq ona ölkəsinə qayıtmağı tövsiyə etmişdi.
İki ölkə arasında diplomatik qarşıdurma Qəzza sektorunda baş verən hadisələrə görə yaranıb. Mayın 14-də Qüdsdə ABŞ səfirliyinin açılışı olub. Buna etiraz edən minlərlə fələstinli küçələrə çıxaraq etiraz aksiyası keçirib. İsrail ordusunun açdığı atəş nəticəsində 60-a yaxın fələstinli həlak olub, 2771 nəfər yaralanıb.
.
