İsrail ordusunun (IDF) Livanın cənubunda təhlükəsizlik zonasının bir hissəsindən çıxması ilə bağlı xəbərlər təkzib edilib.

Reuters“in xəbərinə görə, İsrail və Livan rəsmiləri bu xəbərin doğru olmadığını bildiriblər.

Qeyd edək ki, bundan əvvəl anonim ABŞ rəsmisi “Reuters“ə verdiyi açıqlamada İsrailin Livanın cənubunun bir hissəsindən çıxdığını və həmin ərazilərə Livan ordusunun yerləşdiriləcəyini deyib.

Xatırladaq ki, İsrail və Livan nümayəndə heyətləri arasında Vaşinqtonda keçirilən görüşlərdə Livanda “pilot zona”ların yaradılması müzakirə olunub.

.