İsrail Türkiyəyə səfir təyin edib.

Müvafiq qərar İsrail Xarici İşlər Nazirliyi tərəfindən qəbul edilib.

Bu vəzifəyə İsrailin Ankara missiyasının hazırkı müvəqqəti işlər vəkili İrit Lillian təyin olunub.

Qeyd edək ki, bu iki ölkə arasında 2018-ci ildən yaşanan gərginlikdən sonra ilk səfir təyinatıdır.

Bundan əvvəl Türkiyə tərəfi də İsrailə yenidən səfir göndərəcəyini bəyan edib.
 

.