İsrail ordusu Qəzza zolağına aviazərbələr endirib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zərbələr İsrail istiqamətində həyata keçirilməsinə cəhd edilən raket atəşinə cavab olaraq endirilib. Ordunun bildirdiyinə görə, bu cəhd 8 yanvar tarixində qeydə alınıb. Həmin vaxt ordunun mətbuat xidməti İsrail ərazisi istiqamətində bir mərminin buraxıldığını, lakin onun sərhədə çatmadan sektorun daxilində düşdüyünü açıqlamışdı.
Buna cavab olaraq, hərbçilərin HƏMAS hərəkatına mənsub silahlı radikallara və onun hərbi infrastrukturuna aid bir sıra obyektlərə dəqiq zərbələr endirilib.
“Zərbələr zamanı İsrail Müdafiə Qüvvələri və Ümumi Təhlükəsizlik Xidməti HƏMAS-a mənsub bir neçə terrorçunu, raket buraxılış qurğularını və terrorçu infrastrukturuna aid digər obyektləri hədəfə alıb”, – deyə bəyanatda bildirilir.
.
