İsrail Suriyanın sərhəd bölgələrinə quru qoşunları göndərməklə dördüncü cəbhə açıb.
Bunu hərbçilərlə görüşdə İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi deyib.
“Dünən gecədən biz dörd cəbhədə döyüşürük. Quru qoşunları dörd cəbhədə döyüşlərdə iştirak edir: Yəhudeya və Samariyada, Qəzzada, Livanda və dünən gecə də biz Suriya ərazisinə qoşun yerləşdirdik”, - deyə o bildirib.
.