İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Xan Yunisin şimalındakı Əl-Cəla bölgəsində Fələstinin HAMAS hərəkatına qarşı əməliyyat keçirəcək və bu səbəbdən yerli əhalini təxliyə etməyə çağırır.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“İsrail ordusu bölgədə terror təşkilatlarına qarşı əməliyyat keçirmək niyyətindədir və Əl-Cəla yaxınlığında qalan əhalini müvəqqəti olaraq hazırlanan humanitar zonaya təxliyə etməyə çağırır” – məlumatda bildirilir.

Qeyd olunur ki, İsrail hərbçiləri vərəqələr yaymaqla, həmçinin ərəb dilində SMS və media mesajları vasitəsilə yerli sakinləri məlumatlandırır.

.