Həsən Nəsrullahın ölümü İsrailin təhlükəsizliyi və çəkindirmə gücünün bərpası üçün çox mühüm nailiyyətdir.
Yenizaman “News.ru.co”ya istinadən xəbər verir ki, bunu İsrail parlamentindəki müxalifətin başçısı Yair Lapid “Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsi məlumatını şərh edərkən bildirib.
O, İsrail Müdafiə Ordusu və təhlükəsizlik qüvvələrini əzəli terrorçunu məhv etdiklərinə görə təbrik edərək deyib: “Bütün düşmənlərimiz bilməlidir ki, İsrailə hücum edən hər kəs özünü ölümə məhkum edir”.
Qeyd edək ki, Y.Lapid 2022-ci il iyulun 1-dən dekabrın 29-dək İsrailin baş naziri olub.
.