Məscidi-Aksanı ibadətə bağlayan İsrail hökuməti yeni qərar qəbul edib.

Polis Məscidi-Aksanın qapılarına vurduğu metal detektorları yığışdırmağa qərar verib.
Keçən həftə terror olaylarının qarşısını almaq üçün məsciddə ibadət etməyi qadağan edən polis daha sonra qapılara metal detektorlar yerləşdirməklə müsəlmanları məscidə buraxmışdı.
Bu tətbiqdən hiddətlənən müsəlman əhali isə məscidə girməyi boykot etmiş və namazlarını küçədə qılmışdı.
Məscidi-Aksada gərginliyin artmasından ehtiyat edən İsrail rəhbərliyi bir neçə saat öncə məscidin qapılarından metal detektorları və təhlükəsizlik kameralarını da yığışdırmışdı.
İsrail polisi yığışdırılan detektorların yerinə ağıllı üztanıma sistemi yerləşdirəcək.
İsrailin təhlükəsizlik xidmətindən verilən məlumata görə, üztanıma və silah, partlayıcı tapma özəlliyi olan təkmilləşdirilmiş texnoloji cihazlar onlara 28 milyon dollara başa gəlib.

.