İsrailin Livanın şimalındakı Eyto yaşayış məntəqəsində yaşayış binasına endirdiyi hava zərbəsi nəticəsində ən azı 18 nəfər həlak olub.
Yenizaman TASS-a istinadən xəbər verir ki, bu barədə Livan Qızıl Xaç Cəmiyyətinin “X” sosial şəbəkəsində məlumat verilib.
Qeyd olunub ki, Livanın cənubundan olan qaçqınların məskunlaşdığı evə raket zərbələrinin endirilməsi nəticəsində daha dörd livanlı yaralanıb. Xilasedicilər dağıntıları təmizləməyə davam edir, ölən və yaralananların sayı arta bilər.
.