İsrail ordusu Livanın Cənubundakı Bint Cbeil bölgəsində Hizbullah batalyonunun komandiri Hüseyn Məhəmməd Avadanı zərərsizləşdirib.

Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

İsrail Müdafiə Qüvvələri Bint Cbeil bölgəsindəki bir sıra kəndlərdən İsrailə atılan raketlərə görə Hüseyn Məhəmməd Avadanın məsuliyyət daşıdığını bildirib.

Bildirilib ki, hava hücumları nəticəsində ötən gün ərzində 45 terrorçu zərərsizləşdirilib və Hizbullahın 150 obyekti, o cümlədən silah anbarları, raket qurğuları və hərbi məqsədlər üçün istifadə edilən binaları məhv edilib.

.