İsrail Baş naziri Benyamin Netanyahu İrana və “Hizbullah”a xəbərdarlıq edib.

"ynet.co.il" xəbər verir ki, Knessetin qış sessiyasının açılışında çıxış edən Netanyahu bildirib ki, onlar qələbəyə qədər dayanmayacaqlar.

“İran və “Hizbullah”a bir mesajım var: bizi şimalda sınamayın, daha əvvəl etdiyiniz səhvi təkrarlamayın, çünki bu gün daha ağır bədəl ödəyəcəksiniz.

ABŞ Prezidenti Co Bayden sizə bunu etməməyinizi söylədi və mən sizə ibrani dilində deyirəm: ehtiyatlı olun!

Tariximiz boyu bizi məhv etmək üçün saysız-hesabsız cəhdlər olub, biz onda müdafiəsiz idik və biz başqa heç bir xalqın ödəmədiyi ağır bədəllər ödəmişik. Fərq ondadır ki, bu gün bizim ölkəmiz güclüdür, güclü ordumuz, güclü xalqımız və güclü müqavimət göstərmək bacarığımız var və biz qələbəyə qədər dayanmayacağıq”, İsrail hökumət başçısı vurğulayıb.

Qəzzada HAMAS-ı məğlub etmək vaxt aparacaq.

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu Knessetin qış sessiyasının açılışında çıxışı zamanı deyib.

“İsrailin müstəqilliyinin qurulmasından 75 il keçməsinə baxmayaraq, müstəqillik müharibəsi hələ də bitməyib. Bu, bizə qarşı olanlara qarşı qətiyyətli mübarizə anıdır. Məqsədimiz HAMAS üzərində tam qələbə qazanmaq, onun hakimiyyətini devirmək və İsrailə olan təhlükəsini birdəfəlik aradan qaldırmaqdır. Qələbə üçün şərtlər birlik və qətiyyətdir", - Netanyahu çıxışında vurğulayıb.

O, qalib gələcəklərinə əminliyini ifadə edib: “Biz qalib gələcəyik, çünki burada bizim varlığımız təhlükə altındadır”.

İsrail Baş naziri HAMAS-ı nasist Almaniyasına bənzədib və münaqişəni “işıqlı qüvvələrlə qaranlıq qüvvələr arasında, insanlıq və heyvanilik arasında müharibə” adlandırıb.

.