İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıdan Şəki istiqamətinə hərəkət edən "Ford Tranzit" markalı sərnişin mikroavtobusu İsmayıllı şəhəri ərazisində "Niva" markalı minik avtomobili ilə toqquşub və yoldan çıxaraq aşıb.

Hadisə zamanı Şəki sakinləri - 1994-cü il təvəllüdlü Seyidova Esmira İlqar qızı, 1981-ci il təvəllüdlü Güliyeva Gülafət Ağasəf qızı, 1993-cü il təvəllüdlü Məmmədli Arzuman Əvəz oğlu, 1985-ci il təvəllüdlü Səmədova Dürdanə Fikrət qızı, 1974-cü il təvəllüdlü Səlimov Yaşar Hacıbaba oğlu, 1991-ci il təvəllüdlü Abduləzimov Mehman Əlixan oğlu, 1973-cü il təvəllüdlü Səlimova Könül Muxtar qızı, 1986-cı il təvəllüdlü Hacıyev Sadiq Əsabəli oğlu, 1989-cu il təvəllüdlü Əhmədov Elvin Vədadil oğlu, 2004-cü il təvəllüdlü Xəlilova Şəbnəm Rəhim qızı, 2005-ci il təvəllüdlü Qaraşov Qürbət Xaliq oğlu, Bakı sakini 1997-ci il təvəllüdlü Məmmədov Pərviz Sahib oğlu, İsmayıllı sakini, 1970-ci il təvəllüdlü Qaraşov Xaliq Valeh oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

.