İsmayılda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Kürdmaşı kəndində qeydə alınıb.

Kənd sakini, “Aznar” MMC-də mühafizəçi işləyən, 1989-cu il təvəllüdlü İlqar Bağırlı sərxoş vəziyyətdə idarə etdiyi “Fiat” markalı avtomobili daş hasara çırpıb.

Nəticədə avtomobildə sərnişin qismində olan dayısı, 1963-cü il təvəllüdlü Mahir Osmanov hadisə yerində ölüb.

Faktla bağlı İsmayıllı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (sərxoş vəziyyətdə yol istismar qaydasını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

 

.