İsmayıllı rayonunda birmərtəbəli kürsülü ev yanıb.

Fövqəladə Hallar Nazirliyinin saytı bildirir ki, İsmayıllı rayonunun Qubaxəlilli kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli kürsülü 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 

.