"İsmayıllı rayonunda 18 kənd sürüşmə riski nisbətən yüksək olan ərazidə yerləşir".

Bunu AMEA Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov bildirib.

O qeyd edib ki, İsmayıllının 30-a yaxın kəndindən şəhərlərə miqrasiya olub, rayonda hətta bir neçə ailənin yaşadığı dağ kəndləri var.

“İqlim dəyişmələri və əlaqədar təbii proseslər insanların miqrasiya etməsinin əsas səbəblərindən biridir”, - Rövşən Kərimov qeyd edib.

.