Mərhum Özbəkistan prezidenti İslam Kərimovun kiçik qızı Lola Kərimova-Tillyayevanın yeni fotosu yayılıb.


Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Lola Kərimova-Tillyayeva Los-Ancelosda "Qızıl qlobus" mükafatının 74-cü təqdimetmə mərasiminə qatılıb.


O, qırmızı xalı üzərində möhtəşəm geyimdə poza verib.


"Qızıl qlobus" (ingiliscə "Golden Globe") 1944-cü ildən etibarən təqdim edilən Amerika kino mükafatıdır. Bu il "Qızıl qlobus"un mərasimi  yanvarın 8-də baş tutub.

    


.