Özbəkistanın Xalq Hərəkatının lideri Məhəmməd Saleh Özbəkistan Prezidenti İslam Kərimovun banket zamanı infarkt olması ilə bağlı öz versiyasını yazıb.
 
Axar.az xəbər verir ki, sözügedən versiya "Uzxalqharakati” (Özxalqhərakatı) saytında yer alıb:
 
"26 avqustda Daşkəndin Durmen qəsəbəsində prezidentin iqamətgahında Rio olimpiadasında iştirak edən özbək idmançıların şərəfinə banket təşkilı olunub. Ölkə prezidenti tədbirdə araq və digər spirtli içkilərdən içib. Köməkçisinin təkidlərinə baxmayaraq, prezident içkiyə ara verməyib.
 
Bir müddət sonra onun halı pisləşib, tədbir yarımçıq saxlanılıb. Prezidentə dərhalı ilkin yardım göstərilib və o, Respublika Kardioloji Mərkəzinə çatdırılıb. Həkimlər infarkt faktını təsdiq edib.
 
Tez bir zamanda Özbəkistana Almaniya və İsraildən həkimlər gətirilib.
 
Prezident 5 gün sağ qala bilsə, ondan sonra səhhəti düzələcək. Amma sağ qalacağı ilə bağlı dəqiq heç nə deyilmir, çünki vəziyyəti ağırdır.
 
Müstəqillik gününü ölkənin baş naziri özü keçirəsi olacaq”.
.