İŞİD terrorçuları Əl Bab bölgəsində türk komanda batalyonunun olduğu bölgəyə minalanmış avtomobillə hücum ediblər. Avtomobilin partladılması nəticəsində 2 türk əsgəri şəhid olub, 12-si ağır yaralanıb.
Türkiyə Silahlı qüvvələri tərəfindən Əl Bab bölgəsində keçirilən hava əməliyyatında ilk məlumatlara görə, 23 İŞİD terrorçusu öldürülüb.
***
Türkiyə ordusu Suriyada növbəti itkisini verib.
Publika.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, Əl Babda "Fərat Qalxanı” əməliyyatına qatılan türk əsgərinə hücum təşkil edilib.
Səhər saatlarında təşkil edilən hücumda yaralanan 3 əsgər vertolyotlarla Qaziantep xəstəxanasına gətirilib. Burada müalicə olunan əsgərlərdən 2-si şəhid olub, digərinin vəziyyətinin isə ağır olduğu bildirilir.
Qeyd edək ki, Türkiyə hərbçiləri və Azad Suriya ordusunun Əl Babı İŞİD terror təşkilatından azad etmək üçün əməliyat həyata keçirir.
.
