"İŞİD” terrorçu qruplaşmasının liderləri yaralanıb. 

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Əbu Bəkir əl-Bağdadi və qruplaşmanın bir sıra komandirləri İraq-Suriya sərhədinə endirilən aviazərbələr nəticəsində yaralanıblar. 

Al Sumaria telekanalının yaydığı məlumata görə, beynəlxalq koalisiyanın təyyarələri İŞİD-in baş gərargah olaraq istifadə etdiyi mövqeləri atəşə tutub. "Daxil olan məlumatlar baş gərargaha toplaşan İŞİD lideri Əbu Bəkir əl-Bağdadi və bir sıra komandanların yaralanmasını sübut edir”, - deyə mənbə bildirib.
.