Əfqanıstanda İŞİD və Taliban qruplaşmaları arasında silahlı toqquşma baş verib.

Modern.az xarici agentliklərə istinadla xəbər verir ki, ölkənin şərqindəki Açin bölgəsində baş verən döyüş zamanı 6 nəfər həlak olub, 10 nəfər isə xəsarət alıb.  
Əfqanıstan hökumətinin məlumatına görə öldürülənlərdən 5 nəfəri İŞİD üzvü, 1 nəfər isə Taliban üzvü olub.  

Son aylarda nəzarətə götürdüyü kənd yerlərindən iri şəhərlərə doğru hücumlar gerçəkləşdirən Taliban hərəkatı İŞİD qruplaşmasını özünə rəqib görür.  

İyun ayında Əl-Bağdadiyə məktub göndərən Taliban onlardan Əfqanıstana müdaxilə etməyəyə çağırış etmişdilər.
.