İŞİD İraqın Mosul vilayətində kişilərin saqqal kəsməsini qadağan edib. 

Mosulda xalqa saqqal kəsmənin günah olduğunu, bərbərlərin günah işlətdiyini və təraş olanların cəzalandırılacağı ilə bağlı broşuralar paylanılıb. 

Fransız xəbər agentliyi AFP danışan mosullu taksi sürücüsü Nədim Əli dəri problemi səbəbiylə saqqal saxlamadığını söyləyib, həkim xəstəliklər bağlı məlumatları IŞİD-in din polisinə təqdim etdiyini qeyd edib. 

O,  İŞİD-in Talibanın tətbiq etdiyi sistemə keçdiyini bildirib. Taliban saqqalını kəsənlərə üç gün və bir həftə arasında həbs cəzası verir.

İŞİD bu qadağanın səbəbini də açıqlayıb. Teror qruplaşması saqqalın kəsilməsini haram hesab edir, dində bu günah kimi qəbul edilir.  (qafqazinfo.com)
.