NİDA hərəkatının fəalı Turqut Qəmbər sərbəst buraxılıb.
Virtualaz.org-un əldə etdiyi məlumata görə, Turqut Qəmbər ictimai qaydaları pozduğuna görə müvəqqəti-bir neçə saatlığa saxlanılıbmış.
Belə ki, Turqut Qəmbər bu gün NİDA Vətəndaş Hərəkatının bütün üzvlərini həbsdə olan digər fəal Elgiz Qəhrəmanlı barəsində verilən apellyasiya şikayəti üzrə təyin edilən məhkəmə iclasına çağırıb və bununla onları ictimai qaydanı pozmağa təhrik edib.
***12:24
Nida Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, İsa Qəmbərin oğlu Turqut Qəmbər bu gün saat 11:30-da Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb.
Modern.az-ın xəbərinə görə, bu barədə Musavat partiyasının başqanı Arif Hacılı öz Facebook səhifəsində yazıb.
Məlumata görə, Bakı Apelyasiya Məhkəməsinin qarşısında hazırda həbsdə olan NİDA üzvü Elgiz Qəhrəmanın məhkəmə prosesinə hazırlıq zamanı baş verib.
Mülki geyimli polis əməkdaşları heç bir səbəb göstərmədən Turqut Qəmbəri saxlayıblar.
.
