
Model İrina Şeyk aktyor sevgilisi Bredli Kuperin həmkarı olur.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 30 yaşlı rus gözəl "Cop Show" polis serialının epizodlarından birində yer alıb. O, çəkilişlərdən bir videonu İnstaqramda paylaşıb. Model serialda seksual vəkil obrazını canlandırıb.
Qeyd edək ki, İrina 2014-cü ildə "Herkules" filmi ilə bu sahədə debüt etmişdi.