Bakının iri topdansatış məntəqələrində mal götürmək üçün gələn "ekspeditor” maşınları növbəyə düzülsə də, onlara mal verilmir. Söhbət ölkəyə ixrac edilən ərzaq, meyvə-tərəvəz, mal əti, quş əti, balıq məhsullarından gedir gedir. 
Topdan alıcılar artıq üç gündür belə vəziyyətin yarandığını deyir. Alıcıların sözlərinə görə, dünən onları mal almağa çağırsalar da, sonradan bildirilib ki, yuxarıdan gələn göstərişə əsasən topdansatış dayandırılıb.
Qeyd edək ki, dünən Mingəçevirdə səfərdə olan ölkə başçısı İlham Əliyev süni şəkildə qiymətləri artıran iş adamlarının dövlət tərəfindən cəzalandırılıcağını demişdi. Lakin göründüyü kimi bu xəbərdarlıq da nəticə vermədi. .