İrəvanda iki yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
Publika.az "1in.am” saytına istinadən xəbər verir ki, partlayışlardan biri Babadjanyan və Andranik küçələrinin kəsişməsində yerləşən maye qaz yanacaqdoldurma məntəqəsində qeydə alınıb.
Məlumata görə, məntəqə "Mercedes" markalı minik avtomobili yanacaq dolduran zaman partlayıb. Partlayışın səbəbi hələlik məlum deyil. İlkin məlumata görə, yanacaqdoldurma stansiyası "Multi Qrup” şirkətinə məxsusdur.
Daha bir partlayış isə İrəvanın cənub-qərb hissəsindəki maye qaz yanacaqdoldurma məntəqəsində baş verib. Polis partlayışlar nəticəsində ölən və yaralananın olmadığını bildirib.

.