İrəvanda konserv zavodunun anbarında güclü yanğın olub. Alov hazırda təxminən 6 min kvadratmetr sahəni əhatə edir.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Konserv zavodunun anbarında 6 min kvadratmetr sahədə yanğın baş verib. Tbilisi şosesində yerləşən anbarın ümumi sahəsi 25 min kvadratmetrdir. Hazırda yanğının söndürülməsi üzrə işlər davam edir”, - deyə məlumatda bildirilir.

Ölən və yaralananlar barədə hələlik məlumat verilmir.

.