Yerevanda polis alayının binasını zəbt edən silahlılara dəstək aksiyası sona çatıb.
 
APA-nın "news.am”-a istinadən verdiyi xəbərə görə,  müxalif "Təsis Parlamenti” təşkilatının  nümayəndəsi Alek Yenigomşyan bəyan edib ki, xalq hökumətə səhər saat 09:00-dək vaxt verir.
 
"Biz unutmuruq ki, bu hərəkat mühüm dəyişikliklər naminə başlayıb. Əsas məqsədimiz – hakim rejimin istefasıdır”, deyə Alek Eniqomşyan bildirib.
 
İyulun 25-də İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında müxalifətin növbəti mitinqi keçirilib. Nümayişçilər silahlı qrupu qida, rabitə, tibbi xidmətlə təmin edilməsini, eləcə də zəbt edilən binada elektrik enerjisinin bərpasını tələb edirlər.
.