Ermənistan polisi İrəvanın mərkəzində Abovyan küçəsini bağlamağa cəhd edən onlarla vətəndaşı saxlayıb.

Yenizaman TASS-a istinadən xəbər verir ki, etiraz aksiyaları yerli portallar tərəfindən canlı yayımlanır.

Hazırda müxalifət baş nazir Nikol Paşinyanın istefası tələbi ilə vətəndaş itaətsizliyi aksiyalarını həyata keçirməkdə davam edir.

.