İraqın Samira şəhərində güclü partlayış baş verib.


Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində 10 iranlı zəvvar yerindəcə həlak olub, 97-si isə ağır yaralanıb.


Məlumatlara görə, hadisə iranlı zəvvarları aparan avtobusların yaxınlığında baş verib.  İŞİD terror qruplaşması bəyanat yayaraq, hər iki hücumun məsuliyyətini üzərinə götürüb.

.