
İraqın Ninəva əyalətinə endirilən aviazərbələr nəticəsində İŞİD-in hərbi naziri Şiit əl-Samarri öldürülüb.
Strateq.az xarici KİV-ə istinadən bildirir ki, qruplaşmanın digər 8 lideri də onunla birlikdə həlak olub. Hadisənin təfərrüatları açıqlanmır.
Xatırladaq ki, mart ayındakı bombardman zamanı İŞİD lideri Bəkr əl-Bağdadi də ağır yaralanıb. Məlumata görə, o tədricən sağalır, lakin hələlik qruplaşmanı idarə edə bilmir.