İraq və Suriyanın şimalı da daxil olmaqla, bir sıra ərazilərdə son həftə ərzində həyata keçirilən əməliyyatlar zamanı 73 terrorçu öldürülüb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr üzrə müşaviri Zeki Aktürk mətbuat konfransında deyib.
O bildirib ki, Türkiyə Silahlı Qüvvələri təhdidləri mənbəyində aradan qaldırmağı hədəfləyən müdafiə və təhlükəsizlik strategiyası çərçivəsində hər cür risk və təhlükəyə qarşı mübarizəni davam etdirir.
.