Bugünkü tədbir mədəniyyətlərarası dialoqun gücləndirilməsinə xidmət edir. Bizim dünya xalqlarının fərqliliklərini qəbul etməyimiz sülh şəraitində yaşamağımız üçün çox vacibdir.

Bunu İranın mədəniyyət və irşad naziri Məhəmməd Mehdi İsmaili mayın 1-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan Nazirlərin 5-ci görüşündə deyib.

O qeyd edib ki, beynəlxalq təşkilatların rolu sülh və əmin-amanlığın qorunmasında vacibdir: "Burada BMT və digər beynəlxalq təşkilatlar dünyada vacib məsələlərin həlləri ilə məşğul olmalıdırlar. Bütün ölkələrin məsuliyyətidir ki, Qəzzadakı vəziyyətə biganə qalmasınlar".

Nazir vurğulayıb ki, İran həmişə fərqli mədəniyyətləri nəzərə alır: "Bütün insanlar bərabər hüquqa malikdir. Bu dəyərli təcrübələr bütün ölkələrdə, xüsusilə müsəlman ölkələrində nəzərdə saxlanmalıdır".

.