İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif ABŞ-ın Dövlət katibi Mayk Pompeonun Tehrana qarşı Əl-Qaidə terror qruplaşması ilə bağlı səsləndirdiyi ittihamları uydurma adlandırıb.

RİA Novost xəbər verir ki, Cavad Zərif bu barədə “Twitter” hesabında yazıb.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın Dövlət katibi Mayk Pompeo İranı Əl-Qaidənin yeni bazası olduğunu demişdi. O, əlavə etmişdi ki, Əl-Qaidənin hazırkı lideri Ayman əz-Zəvahiri hazırda İrandadır.

.