İranın Xarici işlər naziri Məhəmmədcavad Zərif aprelin 23-də ABŞ-a səfərə gedib.

İran KİV-i xəbər verir ki, o, Nyu-Yorkda BMT Baş Assambleyasının təşkil etdiyi "Beynəlxalq çoxtərəflilik və sülh üçün diplomatiya günü” adlı konfransa qatılacaq.

M.Zərifin Nyu-Yorkda bəzi müstəqil analitik mərkəzlərdə görüşlər keçirməsi də nəzərdə tutulub.

Qeyd edək ki, konfrans aprelin 24-də Nyu-Yorkda keçiriləcək.
.