İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfər proqramı açıqlanıb.

İranın Azərbaycandakı Səfirliyindən verilən məlumata görə, Məhəmməd Cavad Zərif İran İslam Respublikası və Azərbaycan Respublikası rəsmiləri arasında davamlı məsləhətləşmələr çərçivəsində sabah, çərşənbə axşamı günü Azərbaycana səfər edəcək və Azərbaycan Respublikasının yüksək vəzifəli şəxsləri ilə görüşəcək.

Bildirilib ki, səfərin əsas məqsədi ikitərəfli münasibətlərdəki son inkişafları və ən vacib regional və beynəlxalq məsələləri müzakirə etmək və fikir mübadiləsi aparmaqdır.

.