İranın iqtisadiyyat və maliyyə naziri Fərhad Dejpəsənd Bakıya səfər edəcək.

Bu barədə Trend-ə İranın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Səfərdə iranlı naziri Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının üzvləri müşayiət edəcək.

Səfərin 14-15 martda baş tutacağı proqnozlaşdırılır.
.