İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətininin Nikşəhr dairəsinin Bennet rayonunda xeyriyyə tədbirinə silahlı hücum nəticəsində üç nəfər ölüb, ikisi yaralanıb.
Yenizaman “Mehr”ə istinadən xəbər verir ki, bu barədə Nikşəhr valisi Mucib Hüsni məlumat verib.
Bildirilib ki, ölənlərdən biri Sepahın Bennet korpusunun komandiri Pərviz Kodxodaidir.
.