ABŞ Prezidenti Donald Trampla İran Prezidenti Məsud Pezeşkianın görüşü İslam Respublikası hökumətinin gündəliyində yoxdur.
Yenizaman “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın birnci vitse-prezidenti Məhəmmədrza Arif Müdafiə Nazirliyinin təşkil etdiyi sərgidə jurnalistlərə açıqlamasında bildirib.
O, Donald Trampla Məsud Pezeşkian arasında görüş ehtimalı ilə bağlı bunları deyib:
“Hazırda İran İslam Respublikasının gündəmində belə bir məsələ yoxdur. Ancaq iki şəxs arasında görüş baş tuta bilər”.
Bu günlərdə Donald Tramp Məsud Pezeşkianla görüşə hazır olduğunu bildirmişdi.
.