Hörmüz boğazı bizə məxsusdur.
SNN TV xəbər verir ki, bunu İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Arif İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının nümayəndələri ilə keçirilən iclasda bildirib.
Məhəmməd Rza Arif İran və ABŞ arasında danışıqların nəticə verəcəyinə inamını ifadəe dib: Biz yeni bir mərhələyə daxil olacağıq. Bu elə bir mərhələ olacaq ki, artıq sanksiyaların heç bir əhəmiyyəti qalmayacaq və onların tətbiqi ümumiyyətlə gündəmdə olmayacaq. Bunun səbəbi odur ki, bizim güclü vasitələrimiz var idi, lakin indiyədək onlardan daha təsirli şəkildə istifadə etməmişdik. İndi isə həmin imkanlardan istifadə edirik. Hörmüz boğazı bizə məxsusdur. Əcdadlarımız tarix boyu bu boğazın qorunması uğrunda çoxlu şəhidlər veriblər. Bu boğazdan elə-belə və asanlıqla keçmək olmaz”.
.
