"Ermənistandan yan keçməklə İranla sərhəddən keçən körpülərin artıq tikintisinə başlanılıb. Bu yol artıq İran üzərindən çəkilib və təxminən 2024-cü ildə hazır olacaq".

Bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev deyib.

O bildirib ki, yeni yol İran, Türkiyə və Avropa bazarlarına çıxışı təmin edəcək.

Şahin Mustafayev əlavə edib ki, Azərbaycan "Şərq-Qərb" nəqliyyat dəhlizinin tərkib hissəsinə çevriləcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir. Bu nəqliyyat dəhlizi boyu fəal şəkildə işlər həyata keçirilir.

.