![](/uploads/img/posts/2024/04/02/660be5de9abba660be5de9abbb1712055774660be5de9abb7660be5de9abb9jpg-1712056080.jpg)
Qumda terror aktı törətməyi planlaşdıran İŞİD üzvləri təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Bu barədə İran mediası məlumat yayıb.
İŞİD-Xorasan qruplaşmasının iki üzvü Qum şəhərində ziyarətgaha daxil olarkən tutulub. Onların terror əməliyyatı keçirməyi planlaşdırdığı bildirilib.
Hələ ki rəsmi açıqlama verilməyib.