İranda xlor balonunun partlaması nəticəsində 230 nəfər yaralanıb.

Bu barədə “Mehr” agentliyi xəbər yayıb.

Məlumata görə, zərərçəkənlərdən 106 nəfər xəstəxanaya yerləşdirilib.

Xoşbəxtlikdən ölən olmayıb.

Hadisə İlam əyalətinin Zəncir yaşayış məntəqəsində baş verib.

Zəhərli maddə ilə dolu balonlar yük avtomobilində olub. Onlardan biri yükləmə zamanı partlayıb.
 

.