İranın Fars əyalətinin Şiraz şəhərində naməlum şəxs bıçaqla məsciddə insanlara hücum edib.

Hadisə bu gün səhər Şiraz şəhərinin Hacı Abbas məscidində baş verib.

İnsanlar səhər dini ayini yerinə yetirib məsciddən çıxarkən həmin şəxs onlara bıçaqla hücum edib.

8 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb. Soyuq silahla məsciddə insanlara hücum edən şəxs saxlanılıb.

.