İranın Əhvaz şəhərində hərbi parad zamanı baş verən terror aktı nəticəsində ölənlərin sayı 28-ə çatdı.
Bunu İran parlamentində müdafiə komitəsinin rəhbərinin müavini Əbu Fadl Bigi deyib. Onun sözlərinə görə, hadisə nəticəsində həmçinin 60 nəfər yaralanıb.
Qeyd olunur ki, hücum edən şəxslərdən 3-ü yerində məhv edilib, qalanları isə xəstəxanada ölüb.
****
İranda hərbi parad zamanı baş verən terror aktında ölən və yaralananlarla bağlı ilkin məlumat açıqlanıb.
İRNA-nın məlumatına görə, hücum nəticəsində 20 nəfər yaralanıb.
Rəsmi xəbər agentliyi "Tasnim"in məlumatına görə hadisə nəticəsində 8 nəfər ölüb.
Məlumata görə, hücum edən 4 nəfərdən ikisi öldürülüb, ikisi isə axtarılır.
İlkin məlumatda hücumu İŞİD terror təşkilatının törətdiyi bildirilir. Lakin rəsmi məlumatlarda təşkilatın adı açıq şəkildə bəyan edilmir.
Hücum zamanı paradda iştirak edən İran prezidenti Həsən Ruhani təcili olaraq oradan uzaqlaşdırılıb.
Hadisə ilə bağlı İranın rəsmi qurumları hələlik açıqlama yaymayıb.
***
İranın Ahvaz şəhərində keçirilən hərbi parad zamanı terror aktı baş verib.
Hadisədə çoxlu sayda ölü və yaralının olduğu bildirilir.
İran Dövlət Televiziyasının məlumatına görə, çoxlu sayda silahlı şəxs parad zamanı atəş açmağa başlayıb.
Qeyd edək ki, sentyabrın 22-də "Müqəddəs müdafiə” həftəsinin birinci günü başlayıb. Bu münasibətlə İran İnqilab Keşikçiləri Qvardiyası və Ordu Tehran da daxil olmaqla İranın bütün şəhərlərində hərbi parad keçirir. Ölkə paytaxtında keçirilən tədbirdə İslam Respublikasının prezidenti Həsən Ruhani və parlamentin sədri Əli Laricani iştirak edib.
Tədbirə körfəzdən və Bəndərabbas limanından 600 döyüş gəmisi də qatılıb.
