Bu gün yerli vaxtla saat 09:18-də İran ərazisində zəlzələ olub.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, maqnitudası 5.1 olan təkanlar Azərbaycanın sərhəd bölgələrində, o cümlədən Ağdam rayonunda, Yardımlı, Lerik, Saatlıda da hiss olunub.
.