İrana Tağızadə ilə sabah Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında vida mərasiminin keçiriləcək
Xalq artisti İrana Tağızadə ürək tutmasından vəfat edib.
Bu barədə onun həyat yoldaşı Firdovsi Atakişiyev məlumat verib.
O, sabah saat 12:00-da Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında onunla vida mərasiminin keçiriləcəyini qeyd edib.
***
Azərbaycan mədəniyyətinə ağır itki baş verib.
Mədəniyyət Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İrana Tofiq qızı Tağızadə bu gün səhər vəfat edib.
Mədəniyyət Nazirliyi mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.
Qeyd edək ki, İrana Tağızadə rejissor Tofiq Tağızadənin qızı, aktyor Firdovsi Atakişiyevin həyat yoldaşıdır.
Allah rəhmət eləsin!
.
