Amerikanın İrana tətbiq etdiyi sanksiyaların ilk paketi rəsmi olaraq qüvvəyə minib və bu, bütün zamanların ən sərt sanksiyasıdır.
Bu sözləri ABŞ prezindeti Donald Tramp tvitter hesabında yazıb:
"İran sanksiyaları rəsmi olaraq tətbiq olundular. Bu, indiyə qədər verilən ən sərt sanksiyadır. Noyabrda onlar daha da gücləndiriləcək".
Tramp, həmçinin bəyan edib ki, İranla biznes əlaqələri quranlar ABŞ-la bizneslə məşğul olmaq imkanına sahib ola bilməyəcəklər: "Mən bütün dünya üçün ancaq sülh istəyirəm, başqa heç nə".
.
