İran ötən gün Şiraz üzərində vurulan PUA-lara görə Körfəz ölkələrini günahlandırıb.

Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi “X” hesabında qeyd edib.

Onun sözlərinə görə, dron qalıqları bəzi region ölkələrinin ABŞ-İsrail hücumlarında birbaşa iştirakına dəlalət edir.

Bəqayi ad çəkmədən iki regional ölkənin hər birinin bu tipli dronun sahibi və istifadəçisi kimi izahat verməli olduğunu vurğulayıb.

.