İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif iranlı iqtisadçı Səid Lilyazla söhbəti zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı qüvvələrinin keçmiş komandanı general Qasım Süleymani ilə bağlı dediklərinə görə üzr istəyib.

Bu barədə “Mehr” xəbər agentliyi xəbər yayıb.

Qeyd edək ki, bu ilin mart ayında Zərif Lilyazla söhbətində bir il əvvəl İraqda ABŞ-ın hava hücumu nəticəsində vəfat edən general Süleymaninin Tehranın xarici siyasətində rəsmi Moskva ilə danışıqlarda mühüm rol oynadığını demişdi.

.