Səudiyyə Ərəbistanının başçılıq elədiyi koalisiya qüvvələrinin Yəmənə endirdiyi hava zərbləri genosid aktlarıdır və beynəlxalq normalara ziddir. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Mərziyyə Afxam İRNA-ya bildirib.
Onun sözlərinə görə, aviazərbələr zamanı yasaqlanmış və daha çox qurbanların olmasına hesablanmış döyüş sursatlarından istifadə olunması bütün beynəlxalq normalara daban-dabana ziddir.
Rəsmi Tehran həmçinin, BMT-yə müraciət edərək, onu dinc Yəmən xalqına qarşı hərbi əməliyyatların dayandırılması üçün daha aktiv addımlar atmağa, habelə ölkə əhalisinə humanitar yardımların çatdırılmasını tezləşdirməyə çağırıb.

.